Türkiyədə koronavirus qurbanlarının sayı 5,2 mini ötdü
https://azeri.sahartv.ir/news/türkiyə-i364145-türkiyədə_koronavirus_qurbanlarının_sayı_5_2_mini_ötdü
Bu gün Türkiyədə daha 20 nəfər koronavirusdan ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2020 17:37 Asia/Baku
  • Türkiyədə koronavirus qurbanlarının sayı 5,2 mini ötdü

Bu gün Türkiyədə daha 20 nəfər koronavirusdan ölüb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 206 nəfərə çatıb.

Son gün ərzində COVID-19-a 1 154 nəfər yoluxub. Bununla da qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 204 610 nəfərə çatıb.

Nazirin sözlərinə görə, ötən gün virusa yoluxmuş 1 214 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə ümumilikdə 179 492 pasiyent sağalıb.