Mustafa Şentop yenidən Türkiyə parlamentinin sədri seçilib
İyul 07, 2020 21:06 Asia/Baku
Mustafa Şentop iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
SəhərAzəri Report-a istinadla xəbər verir, Parlamentdə təşkil olunan səsvermədə beş namizəd mübarizə aparıb.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən Mustafa Şentop vahid namizəd olaraq irəli sürüb. O, 328 səslə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. M.Şentopun parlament üzvləri qarşısında təbrik çıxışı dinlənilib.