Türkiyənin şərq sərhədində iki əsgər həlak olub
Türkiyənin Müdafiə Nazirliyi Bazar ertəsi gecə bir açıqlamada, Hakkarinin cənub-şərqindəki Kürd əyalətindəki bir nəzarət məntəqəsinə edilən hücumda iki əsgərin həlak olduğunu bildirib.
SəhərAzəri Sky News-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb və bildirib ki, Hakkari vilayətinin Çukurce şəhərində bir nəzarət məntəqəsinə edilən hücumda iki əsgər həlak olub. Hücumun raket zərbəsi ilə həyata keçdiyi bildirilib. Nazirlik hücumu "terrorçu" əməliyyat adlandıiıb.
Hücum Türkiyə Daxili İşlər Nazirliyi vilayətdə PKK-ya qarşı əməliyyat başladıldığını elan etməsindən bir neçə saat sonra baş tutub.
Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir: "İldırım-2 Cilov" əməliyyatı bu səhər jandarma və polisin 1106 xüsusi təyinatlı qüvvəsinin iştirakı ilə başlayıb.
Türkiyə Daxili İşlər Nazirliyi əməliyyatda üç kürdün öldürüldüyünü də bildirib.