İyul 30, 2020 16:31 Asia/Baku
  • Ərdoğan: “Turizm istisna olmaqla, bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb”

“Pandemiya dövrünü dünyanın təqdirini qazanacaq şəkildə uğurla idarə etdik”.

SəhərAzəri Apa-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqı təbrik edərkən deyib.

O bildirib ki, turizm istisna olmaqla, ölkədə bütün sektorlar pandemiyadan əvvəlki vəziyyətə qayıdıb.

 

Türkiyə Prezidenti vətəndaşlara müraciət edərək bundan sonra da onları sanitar-gigiyenik qaydalara riayət etməyə, habelə tibbi maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırıb.

“Əldə etdiyimiz uğurları qoruyub, daha böyük hədəflərə doğru addımlamalıyıq”, - deyə Ərdoğan vurğulayıb.

 

Teqlər

Şərhlər