Sen 04, 2020 02:21 Asia/Baku
  • Türkiyə və Yunanıstan NATO-da görüşlərin keçirilməsi üçün razılıq veriblər

“Türkiyə və Yunanıstan liderləri ilə apardığım danışıqların nəticəsi olaraq, iki ölkə Şərqi Aralıq dənizində hərbi qarşıdurmanın önünü almaq və hadisələrin riskini azaltmaq üçün NATO-da texniki görüşlərin keçirilməsi məqsədilə razılıq veriblər”.

SəhərAzəri  “Report”-a istinadla xəbər verir ki, bu sözlər NATO-nun baş katibi Yens Stoltenberqin yazılı açıqlamasında əksini tapıb.

Türkiyə və Yunanıstanı “iki mühüm müttəfiq” olaraq dəyərləndirən baş katibi NATO-nun ortaq təhlükəsizliyə təsir edən məsələlər üçün mühüm müşavirə platforması olduğunu diqqətə çatdırıb. Bildirib ki, NATO həmrəylik üçün gərginlikləri həll etmək məqsədilə bütün müttəfiq ölkələrlə yaxın təmaslarda qalmaqda davam edəcək.

Teqlər