Okt 14, 2020 23:15 Asia/Baku
  •     Türkiyədə son sutkada koronavirusdan 57 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 57 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 115 328 şübhəli koronavirus testindən keçib, onlardan 1671-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1418 nəfər olub, 1396 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 340 450  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9014 nəfər ölüb.

Image Caption

 

Teqlər