Türkiyənin Alanya bölgəsində turist gəmisi batıb
https://azeri.sahartv.ir/news/türkiyə-i369153-türkiyənin_alanya_bölgəsində_turist_gəmisi_batıb
Türkiyənin Antalya vilayətinin Alanya rayonuna yaxın bölgədə turist gəmisi batıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2020 10:41 Asia/Baku
  • Türkiyənin Alanya bölgəsində turist gəmisi batıb

Türkiyənin Antalya vilayətinin Alanya rayonuna yaxın bölgədə turist gəmisi batıb.

 SəhərAzəri Azərtac-a istinadla xəbər verir, Qəza Antalya vilayətinin Alanya Qalasının Fosforlu Mağarasından 50-100 metr uzaqlıqda baş verib. Hadisənin səbəbləri hələ ki bəlli deyil.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Gəmidə 30-a yaxın turistin olduğu bildirilir.

Ən son məlumata görə, batan turist gəmisindən bir nəfərin cəsədi çıxarılıb.

Digər sərnişinlərin axtarışları davam edir. Bölgəyə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.