Ankara: "Türkiyə gəmisinin yoxlanılmasına cavab olaraq lazımi addımlar atacağıq"
Türkiyə Milli Təhlükəsizlik Şurası, bir alman hərbi gəmisi tərəfindən Liviyaya gedən Türkiyə yük gəmisinin yoxlanılmasını pisləyib.
SəhərAzəri xəbər verir, Türkiyə Milli Təhlükəsizlik Şurası bir alman gəmisinin “İRİNİ missiyası” formasında Liviyaya doğru hərəkət edən Türkiyənin bir ticarət gəmisinə qarşı “qanunsuz təftiş” əməliyyatını pisləyib.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın sədrliyi altında keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Avropa Birliyinin rəhbərliyi altında “İRİNİ” əməliyyatI formasında bir Türkiyə gəmisinin təftiş edilməsinə reaksiyada Ankaranın lazımi addımlar atmaq üzrə əzmkarlığına təkid edilib.
Bazar ertəsi günü bir alman hərbi gəmisi Liviyaya silah daşımaqda şübhəli bilindiyi iddia olunan Türkiyənin bir yük gəmisini Aralıq dənizində dayandırdı.
Almaniya müdafiə nazirliyinin məlumatına görə, bu ölkənin Hamburq freqatında yerləşən qüvvələr Avropa Birliyi tərəfindən həvalə olunmuş tapşırıq formasında “Ruzəddin” gəmisinə şəkk edərək, bu gəminin təftiş edilməsini istəyiblər, amma Türkiyə gəmisi ekipajının maneçiliyi və etirazı ilə üzləşərək, həmin gəmini tərk etməyə məcbur olublar.