Fev 08, 2021 21:15 Asia/Baku
  • Professor Dr. Nəcməddin Ərbəkanın vəfatının 10-cu ildönümü anılır

Türkiyənin sabiq baş naziri və Milli Görüş Hərəkatinin lideri Professor Dr. Nəcməddin Ərbəkanın vəfatının 10-cu ildönümü ərəfəsində Ümumdünya İslami Oyanış Assambleyası konfrans keçirmək niyyətindədir.

SəhərAzəri xəbər verir, Ümumdünya İslami Oyanış Assambleyası aşağıdakı mövzular üzrə konfrans keçirmək niyyətindədir və professorları, akademikləri və mütəxəssisləri məqalələrini təqdim etməyə dəvət edir.

1- Ərbakanın xarakterinin ictimai, siyasi və mədəni sahələr üzrə fərqli aspektlərdən araşdırılması.

2) Əbəkanın baxımından İslami Birlik.

3) Ərbakanın sionizmə və dünya imperializminə baxışını və münasibətini şərh etmək.

4) Ərbakanın daxili iqtisadiyyat və özünü təminetmə sahəsindəki iqtisadi baxışlarını şərh etmək.

5) Ərbakanın Milli Görüş Hərəkatına baxışı; Etməli və etməməli olan şeylər.

Bu konfransa məqalələrini təqdim etmək istəyənlər, məqalələrini 20 mart tarixinədək konfransın katibliyinə göndərə bilərlər.

Teqlər