Fev 24, 2021 16:07 Asia/Baku
  • Türkiyə mübahisəli sularda hərbi təlim keçirir

Türkiyənin dəniz bölmələri fevralın 25-dən etibarən Egey və Aralıq dənizi sularında "Mavi vətən 2021" hərbi təlimlərinə başlayacaq.

SəhərAzəri xəbər verir ki, Türkiyənin dəniz bölmələri Egey dənizi və Aralıq sularında böyek bir hərbi təlimə hazırlaşırlar; Hansı ki, Türkiyə ilə Yunanıstan, həmçinin Şimali və Cənubi Kipr arasında kəskin mübahisələrin yaranmasına səbəb olub.

Türkiyənin "Mavi vətən 2021" hərbi təlimlərinə iki gün qalmış Yunanıstan ABŞ və Avropalı müttəfiqlərinin köməyi ilə Türkiyə torpağına yaxın ərazidə hərbi silah-sursatlarını müasirləşdirir.

Türk mediası Türkiyə sərhədindən 20 kilometr məsafədə ABŞ-ın 1800 hərbi texnikasının yerləşdirildiyindən xəbər veriblər. Yunanıstanın baş naziri Qərb müttəfiqlərini Türkiyəyə hərbi dəstəyi dayandırmağa çağırıb.

Yunanıstanın baş naziri deyib: "Türkiyə, Almaniya ilə bir sıra hərbi müqavilələr yolu ilə sualtı donanmasını gücləndirməyə çalışır. Alman rəsmilərini Türkiyəyə sualtı qayıq satmaqdan çəkinməyə çağırırıq".

Türkiyə prezidenti bir müddətdir ABŞ-ın Yunanıstanı və Türkiyənin təhlükəsizliyini pozan terror qruplaşmalarını dəstəkləməyə yönəlik hərbi müdaxiləsini tənqid edir.

M.M: Bu necə bir müahidədir ki, adını NATO qoyub və təhlükəsizliyi təmin etmək əvəzinə hələ də bölgədəki terroru, terrorizmi və əmin-amansızlığı dəstəkləmək ardıncadır".

Bir ildən çoxdur ki, Türkiyə, Aralıq dənizinin şərqindəki hərbi və kəşfiyyat varlığını gücləndirir..Afina rəsmiləri, ABŞ və avropalıların dəstəyi ilə, Türkiyəni Aralıq dənizinin şərqində qazma işlərinin Ankaranın ərazi sularının xaricində olduğuna və Yunanıstan və Cənubi Kiprin suverenliyini pozduğuna inanırlar. .

 

Teqlər