Türkiyənin hava hücumunda PKK-nın 25 üzvü öldürülüb
Türkiyə ordusu qırıcılarının İraqın şimalına hücumu nəticəsində Kürdüstan Fəhlə Partiyası PKK-nın 25 üzvü zərərsizləşdirilib.
SəhərAzəri xəbər verir ki, Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyənin müdafiə naziri Hulusi Akar deyib: "Türkiyə və İraqda PKK ünsürlərinin mövqelərinə qarşı əməliyyatlar davam edəcək və onlar üçün heç yer təhlükəsiz olmayacaq".
Türkiyənin İraqın şimalında PKK-nın mövqelərinə qarşı hücumları elə bir halda davam etdirilir ki, İraq rəsmiləri dəfələrlə bu hücumları qınayaraq, onu İraqın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi dəyəerləndirib və bu hücumlara son qoyulmasına çağırıblar.
Türkiyədə kürdlərin problemini həll etmək üçün sülh prosesi 2012-ci ilin dekabrında başlayıb və 2015-ci ilin iyul ayında Suruç şəhərində baş verən partlayışdan sonra dayandırılıb, ondan sonra Türkiyə ordusu və PKK-nın üzvləri bir-birlərinin mövqelərinə qarşı hücumları bərpa ediblər.
Türkiyə hökuməti PKK-nı terror qrupu kimi tanıyıb və təqdim edir.