Türkiyədə bütöv bir kənd yanır
https://azeri.sahartv.ir/news/türkiyə-i374526-türkiyədə_bütöv_bir_kənd_yanır
Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2021 18:23 Asia/Baku
  • Türkiyədə bütöv bir kənd yanır

Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.

SəhərAzəri xəbər verir ki, Bu barədə “Hürriyet” qəzeti məlumat yayaıb.

Məlumata əsasən,  kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.

Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.

Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.