İyul 02, 2021 20:14 Asia/Baku
  • Hulusi Akar
    Hulusi Akar

Türkiyənin müdafiə naziri Əfqanıstanın Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmini barədə ABŞ nümayəndələri ilə məşvərətləri hələ də nəticəsiz adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hulusi Akar bu gün Kabil hava limanının təhlükəsizliyi barədə deyib ki, bəzi siyasi qərarlar BMT və NATO tərəfindən və Əfqanıstan hökumətinin koordinasiyası ilə çıxarılmalıdır.

Kabil beynəlxalq hava limanı NATO və ABŞ qüvvələrinin Əfqanıstandan çıxmaları ilə bir zamanda xüsusi önəm kəsb edib.

NATO xarici qüvvələrin Əfqanıstandan çıxmalarından sonra Kabil beynəlxalq hava limanının və qərbli diplomatların bu ölkəyə gediş-gəlişlərinin təhlükəsizliyinin təmini qarşılığında Türkiyə qüvvələrini maliyyə cəhətdən himayə etmək niyyətindədir. Bununla belə, bəzi əfqan məsul şəxslər və şəxsiyyətlər, həmçinin Taliban Kabil hava limanına xarici qüvvələr tərəfindən nəzarət edilməsinə qarşıdırlar.

 

Teqlər