Türkiyə 40 ədəd F-16 qırıcısı almaq üçün Amerikaya müraciət edib
Okt 08, 2021 14:26 Asia/Baku
Türkiyə 40 ədəd F-16 qırıcısı və hərbi təyyarələrlə bağlı təqribən səksən modernizasiya dəsti satın almaq üçün Amerikaya müraciət edib.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika hərbi təchizatlarının Türkiyəyə satışı üzrə bu bir neçə milyard dollarlıq müqavilə ABŞ dövlət departamenti və bu ölkə konqresinin təsdiqindən asılıdır.
Bundan öncə Ankara yüzdən çox F-35 qırıcısı sifariş vermişdi. Bu təyyarələr «Lokhid Martin» şirkəti tərəfindən düzəldilməli idi, amma 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri satın almasından sonra Vaşinqton Ankaranın F-35 qırıcılarının satın alınması üzrə müqaviləni ləğv və Türkiyəni sanksiya etdi.