Türkiyədə keçirilən son rəy sorğusunda Ərdoğan məğlub olub
Türkiyədə aparılan ən son rəy sorğusu Ankara və İstanbul bələdiyyə sədrlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan əhəmiyyətli dərəcədə üstün olduğunu göstərir.
SəhərAzəri-nin məlumatına əsasən, "MetroPoll" institutunun apardığı yeni rəy sorğusuna əsasən, Ankara Bələdiyyə Başçısı Mənsur Yavaş Ərdoğanın 32,2 faizlik səsinə qarşı səslərin 54,4 faizini qazanaraq, respondentlərin ən çox səsinə sahibdir.
Həmçinin İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu Ərdoğanın 36,6 faizlik səsinə qarşı, 48,7 faiz səslə onu qabaqlayıb.
Ərdoğana və onun partiyasına dəstəyin azaldığını nəzərə alsaq, Türkiyə müxalifəti növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Halbuki, Türkiyə prezidenti dəfələrlə seçkilərin proqrama əsasən, 2023-cü ilin iyulunda keçiriləcəyini vurğulayıb.
Türk lirəsinin devalvasiyası, inflyasiya və bunun nəticəsində əhalinin yoxsullaşması prezident Rəcəb Təyyib Ərdoğanın reytinqini görünməmiş şəkildə aşağı salıb.