Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin telefon söhbətləri
-
xarici işlər naziri
Türkiyənin xarici işlər naziri öz rus və ukraynalı həmkarları ilə telefon söhbətlərində Ukrayna böhranının diplomatik həlli və müzakirələr istiqamətində Ankaranın ev sahibliyinə hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Anadolu informasiya agentliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığından xəbər verib.
Türkiyə xarici işlər nazirliyi tərəfindən yayılan bəyanata əsasən, Çavuşoğlu bu telefon söhbətində bir daha Ankaranın Kiyevlə Moskva arasında müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Türkiyə xarici işlər nazirliyi həmçinin qeyd edib ki, Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitri Kolba ilə ayrıca telefon danışığında da öz təklifini ukraynalı həmkarına irəli sürüb.
Bəyanatda deyilir ki, bu söhbətlərdə Çavuşoğlu Ukrayna böhranının həlli istiqamətində diplomatik addımların önəminə toxunub.