Ərdoğan Şuşa Bəyannaməsi ilə bağlı qərar imzalayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i387210-Ərdoğan_Şuşa_bəyannaməsi_ilə_bağlı_qərar_imzalayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar imzalayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 23, 2022 11:51 Asia/Baku
  • Ərdoğan Şuşa Bəyannaməsi ilə bağlı qərar imzalayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar imzalayıb.

SəhərAzəri-nin məlumatına əsasən,dövlət başçısının qərarı Türkiyənin “Rəsmi Qəzet”-inin bu günkü sayında dərc edilib.

Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib.

Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb.