Dollar Rusiya-Türkiyə sövdələşmələrindən götürülür
Mart 26, 2022 06:48 Asia/Baku
Ərdoğan Türkiyə və Rusiyanın dolların iki ölkə arasındakı maliyyə sövdələşmələrindən götürülməsi üzrə səylərindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, bir çox dünya ölkəsi və Ərəbistan da daxil olmaqla ABŞ-ın bəzi müttəfiqləri də öz maliyyə mübadilələrində dolların inhisarına son qoymaq üzrə hərəkətə başlayıblar.
Türkiyə prezidenti bildirib ki, Ankara və Moskvadan olan heyətlər maliyyə mübadilələri üzrə ödənişlər üçün Türkiyə və Rusiyanın milli valyutalarından istifadə istiqamətində müzakirə aparmaqdadırlar.
Rəcəb Tayyıb Ərdoğanın sözlərinə görə, bu qərar öncə turizm sektorunda icraya qoyulacaq.
Ərəbistan da neft sövdələşmələrində dolların əvəzinə yuan almaq barədə Çinlə danışıqlara başlayıb.
Teqlər