Apr 21, 2022 17:48 Asia/Baku
  • Çavuşoğlu Ukraynada müharibənin davam etməsinin səbəbini açıqlayıb

Türkiyə XİN başçısının sözlərinə görə, rəsmi Ankara İstanbuldakı görüşdən sonra müharibənin bu qədər uzanacağını düşünməyib.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində deyib ki, İstanbuldakı görüşdən sonra müharibənin bu qədər uzanacağını düşünməyiblər.

Mövlud Çavuşoğlu müharibənin davam etməsinin səbəbini belə şərh edib: “Bu müharibənin davam etməsini istəyənlər var. NATO ölkələrindən müharibənin davam etməsini istəyənlər var. Müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər. Olan isə Ukraynaya olur”, - Türkiyə XİN başçısı əlavə edib.

O həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenski ilə telefon danışıqlarının “yaxın günlərdə” keçirilməsi planlaşdırılır.

Türkiyənin xarici işlər naziri onu da bildirib ki, bəzi türk yük gəmiləri minalarla bağlı vəziyyətə görə Azov dənizində hələ də çıxış qadağası ilə üzləşməkdədir.
Çavuşoğlu daha əvvəl NATO-nun minaaxtaran gəmilərini Bosfordan keçirmək üçün Qara dənizdə mina tapmaq bəhanəsinin olduğunu da istisna etməyib.

Teqlər