Türkiyə ordusunun İraqdakı tələfatı artıb
https://azeri.sahartv.ir/news/türkiyə-i390055-türkiyə_ordusunun_İraqdakı_tələfatı_artıb
Türkiyə ordusunun dörd hərbçisi bu ölkənin İraqın şimalındakı qanunsuz əməliyyatında ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2022 16:28 Asia/Baku
  • Türkiyə ordusunun İraqdakı tələfatı artıb

Türkiyə ordusunun dörd hərbçisi bu ölkənin İraqın şimalındakı qanunsuz əməliyyatında ölüb və yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə müdafiə nazirliyi dünən bir bəyanatda bildiribdir ki, bu ölkənin iki hərbçisi Türkiyə hərbi qüvvələrinin İraqın şimalında yerləşən «Pençe-Kilit» əməliyyat məntəqsində PKK üzvlərilə toqquşmasında öldürülüb.

Bəyanata əsasən, bu toqquşmada daha iki hərbçi də yaralanıbdır.

Türkiyə müdafiə nazirliyi başqa bir bəyanatda bu ölkə ordusunun iki hərbçisinin İraqın şimalında əldəqayırma bombanın partlaması nəticəsində öldürülməsindən xəbər vermişdi.

Rəsmi statistikalara görə, indiyədək bu ölkə ordusunun əməliyyatlarında iyirmi Türkiyə hərbçisi həyatını itirib.

Bağdadın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi rəsmi şəkildə Ankaradan şikayət və türk qüvvələrin İraqdan çıxmalarını tələb edib.