Türkiyənin ana müxalifət lideri Ərdoğanı sərt tənqid edib
Kılıçdaroğlu: Ərdoğan Türkiyənin şərəfini ayaq altına atdı
Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bu parlamentdəki çıxışında jurnalist Qaşıqçının qatili Səudiyyə Ərəbistanı vəliəhdinin Türkiyəyə səfərinə münasibət bildirərək onunla görüşdüyü üçün prezident Ərdoğana iradını bildirib və onu pula görə ölkənin şərəfini tapdalamaqda və satmaqda günahlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, CHP lideri deyib: "Hər bir ölkənin etibarı, dəyəri və qüruru vardır. Bu etibar və şərəfi qoruyan dövlətin idarəçiləridir. Əgər İstanbulda Səudiyyə konsulluğunda bir cinayət işlənirsə, o cinayətin bütün aspektlərini araşdırmaq, xalqa çatdırmaq və onun amillərini cəzalandırmaq Türkiyə hökumətinin vəzifəsidir. Hazırda isə Türkiyə hökumətinin başında dayanan şəxs cinayət əmrini verən qatillə qucaqlaşacaq.
O sonra deyib: "İndi bütün vicdanlı insanlardan soruşuram: Türkiyə hökumətinin etibarını bu qədər ayaqlar altına alan, puldan ötəri bu ölkənin etibarını satan adama nə ad vermək olar?"