Ərdoğan bir daha Finlandiya və İsveçi hədələyib
"Türkiyə üçün İsveç və Finlandiyanın sözləri deyil, hərəkətləri önəmlidir"
Türkiyə prezidenti yenə də Finlandiya və İsveçi NATO-ya üzvlüklərinin qarşısını almaqla hədələyib.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyıb Ərdoğan ABŞ-ın başçılığı altında keçirilən və üzvlərin rəsmən Finlandiya və İsveçi bu hərbi alyansa qoşulmağa çağırdıqları NATO iclasının sonunda həmin iki ölkə ilə bağlı deyib ki, Ankara hələ də onların NATO-ya üzvlüklərinin qarşısını ala bilər.
Ərdoğan bir mətbuat konfransında bir daha xəbərdarlıq edib və bildiribdir ki: Bu anlaşmanın imzalanması o demək deyildir ki, Türkiyə avtomatik şəkildə Finlandiya və İsveçin NATO-ya qoşulmalarını qəbul edib, zira yeni ölkələrin bu alyansa qoşulmaları ondan asılıdır ki, onların üzvlük ərizələri NATO-nun bütün üzvləri tərəfindən təsdiq və sonra da həmin ölkələrin hər birinin parlamentlərində qəbul edilmiş olsun.
Türkiyə prezidenti vurğulayıb: Amma Finlandiya və İsveçin gələcək rəftarları müəyyən edəcəkdir ki, görən, Ankara onların üzvlük ərizələrini qəbul edilmək üçün Türkiyə parlamentinə göndərəcək, yoxsa yox.