İyul 13, 2022 17:27 Asia/Baku
  • Türkiyənin Avropa Şurasından çıxarılması ehtimalı güclənib

Avropa İttifaqının İnsan Haqları üzrə Ali Məhkəməsi Türkiyəni Avropa Şurasına üzvlüyünü dayandırmaqla hədələyib. Bu məhkəmə Ankaranın türk fəalın azad edilməsini tələb edən qərara əməl etmədiyini və bunun Türkiyənin Avropa Şurasında üzvlüyünün dayandırılması ilə nəticələnə biləcəyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, 5 ilə yaxındır həbsdə olan türkiyəli hüquq müdafiəçisi "Osman Kavala" Türkiyə hökumətini devirməyə cəhddə təqsirli bilinib və bu ilin aprelində apellyasiya şikayəti hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.

"Reuters"in məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi Osman Kavalanın tutulması və həbsi ilə bağlı işi 2022-ci ilin fevralında Avropa İttifaqının İnsan Haqları üzrə Ali Məhkəməsinə göndərib.

Avropa İttifaqının İnsan Haqları üzrə Ali Məhkəməsi bazar ertəsi günü Türkiyənin məhkəmənin əvvəlki qərarına uyğun olaraq Kavalanı azad etməməklə Avropa İnsan Haqları Konvensiyasını pozduğuna qərar verib.

Məhkəmə, Avropa İttifaqının İnsan Haqları üzrə Ali Məhkəməsinin 2020-ci ilin dekabrında çıxardığı qərardan sonra Kavalaya qarşı irəli sürülən yeni ittiham aktında heç bir əsaslı faktın olmadığını bildirib.

Bu arada Türkiyə prezidenti Ərdoğan deyib ki, Avropa Şurası Türkiyə məhkəmələrinin qərarlarına hörmət etməsə, Türkiyə də onun qərarlarına hörmət etməyəcək.

O, həmçinin bildirib ki, Avropa İttifaqının İnsan Haqları üzrə Ali Məhkəməsinin Kavala ilə bağlı verdiyi qərar o, mühakimə olunduqdan sonra dəyərsizdir və tətbiq edilmir.

Türkiyə Xarici İşlər Nazirliyi qərarın məyusedici olduğunu bildirib.

Teqlər