Türkiyə Reuters-i saxta xəbərlər yaymaqda ittiham etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i392700-türkiyə_reuters_i_saxta_xəbərlər_yaymaqda_ittiham_etdi
Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun Reuters agentliyini saxta xəbərlər yaymaqda ittiham edib. Bu barədə o, “Twitter” səhifəsində yazıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 01, 2022 06:06 Asia/Baku
  • Türkiyə Reuters-i saxta xəbərlər yaymaqda ittiham etdi

Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun Reuters agentliyini saxta xəbərlər yaymaqda ittiham edib. Bu barədə o, “Twitter” səhifəsində yazıb.

SəhərAzəri-nin məlumatına əsasən, çərşənbə günü Reuters agentliyi türk mediasının, o cümlədən Altunun özü və agentliyinin Türkiyə hakimiyyəti tərəfindən senzuraya məruz qaldığını iddia edən məqalə dərc etmişdi.

Fəxrəddin Altun bu ittihamı əsassız hesab edərək Reuters-in ilk dəfə deyil yalan və saxta xəbərlər dərc etdiyini deyib.

“Biz başa düşürük ki, Avropadakı iqtisadi böhran Böyük Britaniya ilə birlikdə sizin təşkilatınıza da ziyan vurur. Beləliklə, əvvəllər dəfələrlə etdiyiniz kimi, əsassız xurafatla dolu xəyali və uydurma ssenarilər ortaya qoyursunuz. Biz sizə bir daha xatırladırıq ki, şəraitdən asılı olmayaraq bu, jurnalistikanın yolu deyil və biz sizi faktlara istinad etməyə dəvət edirik”, - deyə Ərdoğan administrasiyasının rəsmisi əlavə edib.