Sen 05, 2022 14:40 Asia/Baku
  • Türkiyənin döyüş gəmisi
    Türkiyənin döyüş gəmisi

Türkiyə ordusununn hərbi dəniz qüvvələrinə məxsus döyüş gəmisi Hayfa limanında yan alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin "KAN" rəsmi televiziyası bildirib ki, 200-ə yaxın ekipaj üzvü olan Türkiyə freqatı NATO manevrləri çərçivəsində bölgəyə gəlib". 

Sionist mənbənin məlumatına görə, Türkiyə freqatını Amerikanın "Forest Sherman" raketdaşıyıcısı müşayiət edir.  

Qeyd edək ki, Türkiyə ilə sionist rejim arasında münasibətlər 31 may 2010-cu ildə sionist rejim hərbçilərinin Qəzzə sakinlərinə humanitar yardım aparan Türkiyəyə məxsus Mərmərə gəmisinə hücum etdikdən sonra kəsilib. 

Bu gəmi azad sularda hərəkət edərkən, işğalçı sionistlərin hücumuna məruz qalıb və onun sərnişinlərindən 9 nəfər həlak olub.

Teqlər