Sen 18, 2022 15:30 Asia/Baku
  • Türkiyə
    Türkiyə

İnformasiya mənbələri dünən gecə xəbər veriblər ki, Türkiyənin hərbi təyyarələri İraqın şimalındakı bölgələri hədəfə alıblar.

SəhərAzəri-nin məlumatına əsasən,  «Sabirin Nyus» teleqram kanalı Türkiyənin İraqın Ərbil vilayətində yerləşən Sidekan bölgəsinə qarşı şiddətli hava hücumlarından xəbər verib.

Ötən çərşənbə axşamı günü də Türkiyə ordusunun vertolyotları İraqın şimalında yerləşən Dəhuk vilayətindəki bölgələri hədəfə almışdılar.

Türkiyənin PKK ünsürləri ilə mübarizə bəhanəsilə İraqın şimalına qarşı hava hücumları İraq başçılarının dəfələrlə edilən xəbərdarlıqlarına rəğmən, davam etməkdədir.

Türkiyə PKK ünsürlərini təqibetmə və yatırtma bəhanəsilə aprelin on səkkizindən bəri İraqın şimalına qarşı hava hücumlarının yeni mərhələsinə başlayıb.

Türkiyənin İraqın şimalına qarşı son hücumları bir uşaq daxil olmaqla iraqlı mülkilərdən bir qrupunun öldürülməsilə nəticələnibdir.

Bağdad Türkiyənin hücumlarını İraq ərazisinə qarşı təcavüzkarlığın bariz nümunəsi adlandırıb və bu ölkə hərbçilərinin İraqın şimalından çıxmalarını tələb edibdir.

 

Teqlər