İstanbulda partlayış törətməkdə şübhəli bilinən şəxs həbs olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i395014-İstanbulda_partlayış_törətməkdə_şübhəli_bilinən_şəxs_həbs_olunub
Türkiyə polisi İstanbulun İstiqlal küçəsində partlayışa səbəb olan bombanı qoyan şəxsin həbs edildiyini bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 14, 2022 09:15 Asia/Baku
  • İstanbulda partlayış törətməkdə şübhəli bilinən şəxs həbs olunub

Türkiyə polisi İstanbulun İstiqlal küçəsində partlayışa səbəb olan bombanı qoyan şəxsin həbs edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən İstanbulun məşhur piyadalar prospekti İstiqlal prospektində bombalı hücum nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

"İRNA"nın məlumatına görə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun Bəyoğlu məhəlləsində bombanı qoyan şəxsin həbs edildiyini bildirib və əlavə edib: "Hazırda bu şəxs dindirilir". 

Türkiyənin səhiyyə naziri də İstanbuldakı partlayışda xəsarət alan 5 nəfərin vəziyyətinin ağır olduğunu bildirib. 

Fəxrəddin Koca deyib: "Hadisədə yaralananlardan 42 nəfəri hazırda xəstəxanalarda müalicə olunur".

Səhiyyə nazirinin sözlərinə görə, Taksim meydanında baş verən partlayışda yaralanan 81 nəfərdən 39-u xəstəxanadan evə buraxılıb.

Türkiyə rəsmiləri İstanbulun Taksim meydanında baş verən partlayışın terror aktı olduğunu vurğulayaraq, kamikadzenin isə qadın olduğunu bildirirlər.