Türkiyə lirəsi dəyərini itirməkdə davam edir
https://azeri.sahartv.ir/news/türkiyə-i400449-türkiyə_lirəsi_dəyərini_itirməkdə_davam_edir
Türkiyədə prezident seçkilərinin ikinci turundan dərhal sonra ucuzlaşmağa başlayan lirə hər gün tarixi minimumunu təkrarlayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2023 10:03 Asia/Baku
  • Türkiyə lirəsi dəyərini itirməkdə davam edir

Türkiyədə prezident seçkilərinin ikinci turundan dərhal sonra ucuzlaşmağa başlayan lirə hər gün tarixi minimumunu təkrarlayır.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün Türkiyədə bir dollar 20,87 lirəyə qalxıb. Ötən gün dollar 20,4 lirə idi.

Avro isə 22,54 lirəyə qalxıb.

AKP-nin Türkiyəyə hakimiyyəti dövründə lirənin bu ölkə tarixində misli görünməmiş həddə dəyər itirməsi insanların məişətinə ağır təsir buraxıb. Rəcəb Təyyib Ərdoğanın növbəti 5 il üçün president seçilməsi ərəfəsində təhlilçilər iqtisadi vəziyyətin yaxşılaşdırılmasının heç də asan olmayacağını proqnoz etmişdilər. İndi seçkilərdən sonra Türkiyənin milli valyutasının hər gün dəyər itirməsi bu ölkədə ciddi  nigaranlıqlara səbəb olub.