Sen 26, 2023 21:18 Asia/Baku
  • Ərdoğan: “Zəngəzur dəhlizi müharibə yox, sülh üçün iqtisadi dəhlizdir”

Ərdoğan Zəngəzur və Laçın dəhlizlərinin açılması ilə bağlı deyib ki, arzu edirik ki, bu marşrutlar sülh dəhlizi olaraq açılsın. Müharibə şəraitli dəhliz haqqında düşünməyə dəyməz.

Bir çox analitiklərin nəzərincə “orta dəhliz“ istər Cənubi Qafqaza, istərsə də regionu qərbi Asiya ilə birləşdirəcək yeganə dəhliz ola bilər. Lakin bu baxışların fonunda artıq regionun qlobal əhəmiyyəti getdikcə özünü göstəmiş oludu. İranın bütün regional ölkələrə sülh yaradacaq təklifi artıq qonşu ölkələrin bu baxışa diqqət etməyə vadar etdi. Bir neçə aydır ki, zəngəzur dəhlizinin açılması gündəm xəbərləri sırasında olduğu bir vaxtda Azərbaycan və Türkiyə bu dəhlizin regional və qlobal əhəmiyyətini artıq hər fürsətdə deməyə başlamışlar. 

Ərdoğanın son verdiyi müsahibədə Zəngəzur dəhlizinin yaradılması ölkələrə və regionun təhlükəsizliyinə fayda verəcək. Bakı-Tehran münasibətlərində Zəngəzurun açılması tendensiyası müsbət istiqamətdə görülür. Olduqca əhəmiyyətli dəayişikliklər baş verə bilər” deməsi isə, bütün bu oyunların kənarında İran reallığı özünü göstərməyə başladı. İranın indiyə qədər sülh adlandırdığı regional palanın icrasında Türkiyə vəz Azərbaycanın nikbin baxışları olmamışdısa, indi bu oxun istiqaməti onlara tərəf tuşlanmış oldu. Ərdoğanın “zəngəzur dəhlizinin” sülh dəhlizi kimi adlandırması bu dəhlizin əhəmiyyətindən öncə onun yaradılmasına göstərilmiş təşəbbüsün bir başa İrandan asılı olduğunu bildirmiş oldu. Heç də gizli deyil ki, Türkiyə və Azərbaycanın tutduğu mövqeyin tam əksinə olaraq İran bütün qonşu ölkələrə tam isti münasibət göstərərək rəqbətə deyil, əməkdaşlığa qarşılıqlı isti münasibətlərə söykəndiyini hər zaman sübut etmişdir. 

 

Teqlər