Türkiyəli ekspert: Suriya parçalanarsa Türkiyə də dağılacaq
Türkiyəli ekspert Adəm Kayar belə qənaətdədir ki, Suriyanın parçalanması planı, Türkiyənin də ayağını tutacaq. O qərbin Türkiyəni bölmək planı barədə xəbərdarlıq edib.
Adəm Kayarin sözlərinə görə, qlobal güclər bölgə dövlətlərini kiçildəcəklər, şəhər dövlətlər yaradacaqlar.
“Qərbin Türkiyə ilə bağlı amansız planları var. NATO ölkəsi olsa da, Türkiyə hər zaman təhlükələrdən qorunub. Amma bu gün artıq hücum zamanıdır. NATO ölkələri ilə ittifaqa zərər dəyməsin deyə Türkiyə çox məsələlərə göz yumub. Artıq bunlar geridə qaldı”,- Ekspert bildirib. Adəm Kayar vurğulayır ki, lazım gəlsə Türkiyə İsraili vura bilər: “Türkiyə təhdid haradan gəlsə, oranı vura biləcək qüdrətə malikdir. Bu gün Suriyanı bölmək planı var. Suriya param-parça olarsa, Türkiyə dövlətini ciddi təhlükə gözləyir”,- Ekspert deyib.
“Doğrudur, Türkiyə ağıllı və səbirli bir dövlətdir. Amma bir yerə qədər. Çünki Suriya olmasa, məsələ Türkiyə sərhədlərinə qədər gəlib dayanacaq və son nəticədə dövlətimizi bölmək üçün mövcud olan işə düşəcək”,- Adəm Kayar bildirib.