Türkiyə Suriyanı Amerika ilə bölüşür
Dek 16, 2024 10:40 Asia/Baku
Fidan: "Biz Amerika ilə Suriyanın yeni hökuməti arasında vasitəçilik etməyə hazırıq"
Türkiyənin xarici işlər naziri Əl-Ərəbiyyəyə müsahibəsində deyib ki, biz Vaşinqtonla Suriyanın yeni hökumətinin hakimiyyət orqanları arasında vasitəçi kimi çıxış etməyə hazırıq.
Türkiyə Suriyadakı vəziyyətlə bağlı tədbirləri Səudiyyə Ərəbistanı hakimiyyəti ilə ən yüksək səviyyədə əlaqələndirir. İranın yeni şərtlərdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisəli bir sahə olduğunu düşünmürəm.