Ankara ilə qarşıdurma təhlükəsi böyüyür, Azərbaycan hansı tərəfdə dayanacaq?
https://azeri.sahartv.ir/news/türkiyə-i423914-ankara_ilə_qarşıdurma_təhlükəsi_böyüyür_azərbaycan_hansı_tərəfdə_dayanacaq
İsrail rejimi Türkiyəni özünün yeni strateji rəqibi elan edərək Ankara ilə qarşıdurma ritorikasını sərtləşdirir.
(last modified 2026-11-16T12:03:42+00:00 )
Noy 16, 2026 16:00 Asia/Baku
  • Ankara ilə qarşıdurma təhlükəsi böyüyür, Azərbaycan hansı tərəfdə dayanacaq?

İsrail rejimi Türkiyəni özünün yeni strateji rəqibi elan edərək Ankara ilə qarşıdurma ritorikasını sərtləşdirir.

İsrail Aerokosmik Sənayesi şirkətinin keçmiş vitse-prezidenti Şay Qal Türkiyəni NATO üzvü, Qərb texnologiyalarına və Avropa kapitalına çıxışı olan “yeni İran” adlandırıb.O, Ankaranın HƏMAS-a münasibətini, Suriya, Şimali Kipr, Liviya və Somalidəki fəaliyyətini İsrail üçün təhlükə kimi qiymətləndirib.Bu açıqlama ilk baxışda cinayətkar və soyqırımçı rejimin Türkiyəyə qarşı aqressiv niyyətini nümayiş etdirir.Yeri gəlmişkən bildirək ki, hal-hazırda İsrailin Yunanıstan və Kiprlə hərbi-strateji əməkdaşlığını genişləndirməsi Şərqi Aralıq dənizində Türkiyəyə qarşı açıq təhlükə mənbəyinə çevrilməkdədir və bu vəziyyət istər-istəməz Azərbaycanı seçim qarşısında qoyur: Bakı müttəfiq elan etdiyi Ankaranın yanında yer alacaq, ya əksinə Təl-Əvivlə strateji əməkdaşlıq münasibətlərinə üstünlük verəcək?Qeyd edək ki, vampir rejim Azərbaycanı Türkiyədən və İrandan uzaqlaşdırmaq üçün min bir hiyləyə əl atır və Azərbaycanda öz dayaqlarını möhkəmlətməyə, ölkənin təhlükəsizlik sistemini nəzarəti altına almağa çalışır. Bu kontekstdə Türkiyə əleyhinə həmlələr açıq qarşıdurmaya çevrilərsə, Azərbaycanın hansı mövqedə dayanacağı ciddi sual doğurur.