May 16, 2017 09:24 Asia/Baku
  • Cümhuriyyət qəzetinin baş redaktoru saxlanılıb
    Cümhuriyyət qəzetinin baş redaktoru saxlanılıb

Türkiyədə bir məhkəmə Cümhuriyyət qəzetinin internet portalının baş redaktoru Oğuz Güvənin bir terrorçu təşkilat üçün təbliğat aparmaq ittihamı ilə saxlanıldığı xəbərini təsdiqləyib.

Türkiyə hökumətinə yaxın olan Anadolu xəbər agentliyi dünən bildirib ki, cümə günü İstanbulda polis tərəfindən saxlanılan Oğuz Güvən bir terror təşkilatını təbliğ edirmiş. 

Anadolu cümə günü onun həbs olunmasının səbəbinin uğursuz dövlət çevrilişində şübhəli bilinənlərin işinə baxan prokurorun ölümü barədə yaydığı yazı olduğunu bildirmişdi. 

Türkiyənin xəbər mənbələrinin bildirdiklərinə görə, sözü gedıb prokuror son günlər avtomobil qəzası nəticəsində həyatını itirmişdir. 

2015-ci ildə geniş miqyaslı korrupsiya macərasının ifşa olunmasından sonra hökumət məhkəmə aparatına, sosial şəbəkələrə, mətbuata və mediyaya eləcə də kəşfiyyat aparatlarına nəzarəti gücləndirdi, hökumətə qarşı küçə yürüşlərini yatırtdı. 

Cümhuriyyət qəzeti Rəcəb Təyyib Ərdoğan hökumətini sərt tənqid edən qəzetdir və bu qəzetin başçıları, işçiləri və jurnalistlərindən ibarət onlarla adam uğursuz dövlət çevrilişindən sonra tətbiq edilmiş fövqəladə vəziyyətin qanunları çərçivəsində məhkəməyə cəlb olunublar. 

Teqlər