Türkiyə müdafiə naziri: Əməliyyatlarda on minlərlə nəfər ölüb
-
Fikri İşıq
Türkiyə müdafiə naziri deyib: Ötən iki il ərzində bu ölkə qüvvələrinin radikal və terror qruplaşmalarına qarşı əməliyyatlarında 10 min 657 min nəfər öldürülüb.
Türkiyənin TRT televiziyasının internet portalının məlumatına görə, Türkiyə müdafiə naziri Fikri İşıq ötən gün 23 iyul 2015-ci ildən Türkiyə dövlət qüvvələrinin keçirdiyi əməliyyatlarda öldürülən PKK terrorçularının sayını 10657 nəfər elan edib.
O əlavə edib: Bu önəmli bir uğurdur. Çünki PKK qruplaşması hazırda əməliyyat keçirə bilməyəcəyi vəziyyətə düşüb.
Türkiyə müdafiə naziri Kilis vilayətində Türkiyənin Suriya ilə sərhədində yerləşdirilən hərbçilərə baş çəkdikdən sonra Fərat Qalxanı əməliyyatı haqda da deyib: Fərat Qalxanı əməliyyatı Türkiynin regionda baş verən hadisələr qarşısında sükut etməyəcəyini göstərdi.
Suriyada PYD-nin nəzarət etdiyi bölgələri birləşdirmək niyyətində olduğuna toxunan İşıq bildirib: Fərat Qalxanı əməliyyatı ilə PYD qruplaşmasının röyasına ağır zərbə vuruldu.
Türkiyədə 2012-ci il dekabr ayında başlanan kürd məsələsinin həlli üzrə sülh prosesi 2015-ci il iyul ayında Suruç şəhərində baş verən partlayış nəticəsində dayandı. Ondan sonra Türkiyə ordusu və PKK bir-birinin mövqeyinə hücumlara başladılar.
Rəsmi Ankara bildirib ki, kürd böhranının siyasi həll yolu yoxdur və PKK son olaylarla böhranın diplomatik həlli ilə bağlı öz şansını itirib.