İyun 24, 2017 10:20 Asia/Baku
  • İstanbulda ABŞ və İsrail bayraqları yandırıldı
    İstanbulda ABŞ və İsrail bayraqları yandırıldı

Dünyanın bir çox yerində olduğu kimi İstanbulda da Ramazan ayının son cümə günündə Dünya Qüds Günü tədbirləri qeyd edilib.

İslamazeri.com xəbər verir ki, cümə günü, cümə namazından sonra İstanbulun Fatih məscidində bir qrup dindar toplaşaraq "Qüds günü" yürüşü və aksiyası keçiriblər. Tədbir "Fələstin könüllüləri" tərəfindən təşkil olunub. Aksiyada təşkilatlar, inanclılar və sadə vətəndaşlar da qatılıb. Aksiyada Livanın Hizbullah təşkilatının "Firqatul İsra" marş qrupu marş və ilahilər səsləndiriblər. Sonda ABŞ və İsrail bayrağı yandırılıb və bəyanat oxunub. Bəyanatda "Beynəlxalq Qüds Günü" aksiyalarına dəstək, İsrail və himayədarı ABŞ-a etiraz açıqlamaları səsləndirilib, sünni və şiə vəhdətinin önəminə xüssi vurğu edilib.

 

İstanbulun Halkalı rayonunun Zeynəbiyyə qəsəbəsində  də"Qüds günü" münasibətilə böyük mərasim təşkil edilib. Mərasim Zeynəbiyyə Gənclik Təşkilatı tərəfindən "Yəhya Kamal Bayatlı" konsert və mərasim salonunda keçirilib. Mərasimə xaricdən gələn qonaqlar, o cümlədən İstanbulda yaşayan sakinlər qatılıblar.

Türkiyə (cəfərilərinin) şiələrinin lideri Şeyx Səlahəddin Özgündüz çıxışı zamanı "Qüds günü"nün önəminə işarə etmiş, İran İslam İnqilabının liderinin bu böyük işini təqdirə layiq adlandıraraq, İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyni, hazırki rəhbəri Ayətullah Xamenei və Livan müqavimətinin lideri Seyid Həsən Nəsrullaha öz təşəkkürünü bildirib.

 

Mərasimdə həmçinin yeni inşası davam edən Avropanın ən böyük İslam Mərkəz Kompleksi olan "Zeynəbiyyə" məscid - kompleksin inşası ilə əlaqədar  videoçarx mərasim iştirakçılarına təqdim edilib.

 

Teqlər