İyul 07, 2017 10:27 Asia/Baku
  • Terrorçuluqda şübhəli bilinən 5000 nəfər Türkiyədən çıxarılıb
    Terrorçuluqda şübhəli bilinən 5000 nəfər Türkiyədən çıxarılıb

Türkiyə prezidenti deyib: Türkiyənin təhlükəsizlik qüvvələri indiyə kimi terrorçuluqda şübhəli bilinən 5000 nəfəri ölkədən çıxarıblar.

İRNA-nın məlumatına görə, Rəcət Təyyib Ərdoğan cümə axşamı İndoneziya prezidenti Coko Vidodo ilə birgə mətbuat konfransında deyib: Türkiyənin təhlükəsizlik qüvvələri təqribən 53 000 terrorçunun ölkəyə girişini önləyib. 

Rəcəb Təyyib Ərdoğan əlavə edib: Türkiyə İŞİD, PKK və Gülən Hərəkatı  kimi terrorçu qruplaşmalar ilə mübarizəni davam etdirəcək. 

Teqlər