Aksiyaçılar fövqəladə vəziyyətin ləğvini istədi
Türkiyənin İstanbul şəhərində aksiyaçılar bu ölkədə fövqəladə vəziyyətin ləğv edilməsini istəyiblər.
Hürriyət qəzetinin internet portalının verdiyi məlumata görə, nümayişçilər dünən bir bəyanat yayaraq ölkədə fövqəladə vəziyyətin ləğv edilməsi, bu vəziyyət nəticəsində törənmiş ziyanların ödənilməsi, məhkəmə sisteminin müstəqilliyinin mühafizəsi, məhkəmə işlərinə ədalətlə baxılması, uğursuz dövlət çevrilişindən sonra dövlət idarələrindən qovulan vətəndaşların öz işlərinə qayıtmaları və jurnalistlər və siyasi fəalların azadlığa buraxılmalarını istəyiblər.
Bəyanatda Türkiyə Konstitusiyasına dəyişikliklərin qəbul edilməsi qanunsuz adlandırılıb.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bəyanatı oxuyub. O deyib: Bu yürüş işin sonu deyil, əslində ilk addımdır.
Bu aksiya CHP üzvü olan millət vəkili Enis Berberoğlunun həbsinə etiraz əlaməti olaraq keçirilir. Enes dövlət sirlərini ifşa etmək ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum edilib.