Avq 04, 2017 09:14 Asia/Baku
  • Türkiyədə fransız jurnalist həbs olunub
    Türkiyədə fransız jurnalist həbs olunub

Bir fransız jurnalist Türkiyədə İŞİD terror qruplaşması ilə əməkdaşlıq etmək ittihamı ilə saxlanılıb.

France 24 televiziyasının məlumatına görə, fransız jurnalist Türkiyə ilə İraq sərhədi yaxınlığında saxlanılıb və rəsmilər onu terrorçuluğu təbliğ etmək və gəncləri İŞİD qruplaşmasına cəzb etməkdə suçlayıblar. 

Hal-hazırda 167 jurnalist Türkiyə həbsxanalarındadır. Onların hamısı bu ölkədə fövqəladə vəziyyət elan olunduqdan sonra saxlanılıb. 

Türkiyədə fövqəladə vəziyyət ötən il uğursuz dövlət çevrilişindən beş gün sonra 20 iyulda icra olundu və o zamandan bəri bir neçə dəfə müddəti uzadılıb. 

Ərdoğan hökuməti 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra 170 mindən çox şəxsi həbs etdirib, işdən kənarlaşdırıb və Güləni bu çevrilişi təşkilatlandırmaqda suçlayıb. Lakin o bu ittihamı rədd edir. 

Teqlər