Çavuşoğlu: İraq kürdlərinin referendumun keçirilməsinə israr etmələri yanlış hərəkətdir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir daha Kürdüstan məntəqəsinin İraqdan ayrılması üzrə referendumun keçirilməsi ilə müxalifət edərək bildirib ki, İraq kürdlərinin referendumun keçirilməsinə israr etmələri yanlış hərəkətdir.
Mövlud Çavuşoğlu bu gün Bağdadda İraqın xarici işlər naziri İbrahim Əlcəfəri ilə birgə mətbuat konfransında ümidvarlıq edib ki, Bağdad və Ərbil problemləri İraqın birliyi çərçivəsində öz həllini tapacaqdır.
Türkiyənin xarici işlər naziri İraqa səfərdə məqsədini bu ölkənin birliyinə təkid adlandırıb və vurğulayıb ki, kürdlərin mənfəəti, həmişə İraqla müttəfiq şəkildə qalmaqdır.
Mövlud Çavuşoğlu həmçinin türk hərbçilərin İraq ərazisindəkı iştirakı barədə verilən sualı belə cavablandırıb: Bəəşiqə bazası İraqı hədələmək, eləcə də onun suverenliyi və hüquqlarını pozmaq hədəfilə təsis olunmayıb; bu məkan İŞİD ilə mübarizə hədəfilə iraqlı qüvvələrə təlim keçmək və onları təchiz etmək üçündür.
İraqın xarici işlər naziri İbrahim Əlcəfəri də Türkiyə hərbçilərinin tez bir zamanda İraqın şimalından çımalarını vurğulayaraq, deyib: Bağdad PKK barədə Ankara ilə koordinasiya yaradaraq, İraqın münaqişə və döyüş mehvəri olmasına icazə verməyəcəkdir.
Bağdad-Ankara əlaqələri İraqın Bəəşiqə məntəqəsində Türkiyənin hərbi bazasının mövcud olmasına görə, daim gərginliyə düçar olubdur.
İraqın xarici işlər naziri həmçinin Türkiyənin İraqın qonşusu kimi olan roluna işarə edərək, ümidvarlıq edib ki, iki ölkənin iqtisadi əlaqələri inkişaf və Türkiyə İraqın bərpası prosesində iştirak edəcək.