Avq 31, 2017 16:42 Asia/Baku
  • İran və Türkiyə prezidentləri telefonla danışıblar
    İran və Türkiyə prezidentləri telefonla danışıblar

İran İslam Respublikası prezidenti Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın açdığı telefona cavabda iki ölkənin regional problemlərin həlli istiqamətində öz əməkdaşlıqları və danışıqlarını daha da gücləndirməli olduqlarını vurğulayıb.

Həsən Ruhani bu gün Rəcəb Təyyib Ərdoğanla telefon söhbətində hələ də İraq və Suriyada tam təhlükəsizliyin bərqərar olunmamasına toxunaraq deyib: Bu gün regioda həssas durum elədir ki, Tehran və Ankara regionda təhlükəsizlik və sabitliyin yaradılmasında daha artıq əməkdaşlıq etməlidirlər. 

Ruhani bəzi güclərin regionda xalqların zərərinə olan meyillərini tətbiq etməkdə olduqlarını bildirərək deyib: İran bəzi separatçı meyillərin və fars körfəzi məntəqəsində yaranan problemlərin regionun sülh və sabitliyinə xidmət etmədiyinə inanır. 

İran prezidenti Myanmada müsəlmanlara qarşı törədilən faciələrə görə təssüfləndiyini bildirərək deyib: İran İslam  Respublikası dünyanın hər bir yerində müsəlmanlara zülmü pisləyir. 

Həsən Ruhani Qurban bayramı münasibəti ilə Türkiyə dövləti və xalqını təbrid edərək deyib: İran dövlətinin iradəsi dost və qonşu ölkə olan Türkiyə ilə yaxın və səmimi əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib

Bu telefon danışığında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da Türkiyənin İranla siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu bildirərək İran və Türkiyə əməkdaşlıqları üzrə ali şuranın yaradılması və iki ölkə rəsmilərinin görüşlərinin Tehran-Ankara münasibətlərinin hərtərəfli olaraq inkişafındakı müsbət rolunu vurğulayıb. 

Ərdoğan Myanmada müsəlmanlara edilən zülmlərə görə təəssüfləndiyini bildirərək deyib: İran və Türkiyə arasında əməkdaşlıqların və həmrəyliyin gücləndirilməsi region problemlərinin aradan qaldırılmasında çox önəmli və dəyərlidir. 

Teqlər