Merkel: Mən Türkiyənin Aİ-yə daxil olmasını müzakirə etməyi davam etdirmək istəmirəm
Merkel deyib: Mən Türkiyənin Avropa İttifaqına daxil olmasını müzakirə etməyi davam etdirmək istəmirəm.
Merkel Almaniya və Türkiyə arasındakı son gərginliklər barədə mövqeyini izah etməyin davamında deyib: Təklikdə güclü bir Almaniya kimi qala bilməməyimizə görə, hesab edirəm ki, Türkiyəyə yardımlarımızı dayandırmalıyıq. Əslində mən Türkiyə ilə bağlı hər şeyə son qoymaq niyyətində deyiləm. Zira Almaniyadakı Türkiyə vətəndaşlarını da nəzərə almalıyıq. Mən bu seçki rəqabətlərində hansı bir kəsin Türkiyə qarşısında bizdən daha sərt mövqe tutmasının şahidi olmaq ardınca deyiləm. Mənim indiki dövrdə xas olaraq ardınca olduğum məsələ budur ki, hazırda Türkiyədə həbsdə olan Almaniya vətəndaşlarına kömək edəm.
Şults da Türkiyə barədəki çıxışının davamında deyib: Almaniyanın kansleri olacağım halda, bu vəzifəyə keçdikdən sonra Avropa Şurasına təklif edəcəyəm ki, Türkiyənin Avropa İttifaqına daxil olması üzrə müzakirələrə son qoysun. Mən bu qənaətdəyəm ki, cənab Ərdoğan Avropa İttifaqının bütün əsaslı dəyərlərini şübhə altına alan bir kəsdir. O, əlavə edib: Bu gün Türkiyədə qarşılıqlı bir çevriliş cərəyan etməkdədir. Buna görə, Türkiyədə dövriyyədə olmalı olan pulları dondurmaq lazımdır.