Noy 26, 2024 12:20 Asia/Baku
  • İran və Azərbaycan arasındakı təlim qarşılıqlı artan etimadın göstəricisidir

İnqilab Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İran və Azərbaycan arasında "Araz-2024" təlimi haqda açıqlama verərək bildirib ki, İran və Azərbaycanın birgə hərbi təlimi mühüm hadisədir. Bu, İran və Azərbaycan Respublikası arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərinin getdikcə möhkəmləndiyini göstərir.

İranın "Zəngəzur" dəhlizinin yenidən açılmasına qarşı çıxmasına əsas səbəb Qərblilərin şərq-qərb nəqliyyatı qurmaq məqsədilə NATO-nu İranın şimal sərhədlərinə çəkmək istəyi idi. Əlbəttə bu, İranın ərazi bütövlüyünə daimi təhlükə yaradır və İran belə bir plana maneə oldu. Bu məsələdə ortaq mövqe yaranması üçün zamana ehtiyac duyulması təbii idi. İndi biz artıq ümumi nəticələrə gələ bilmişik. Qonşu, qardaş, eyni dinə bağlı və eyni dildə danışan bu iki ölkə arasında keçirilən bu hərbi təlim hər iki tərəfin qarşılıqlı etimadının artdığını göstərir.

Teqlər