Türkiyə İraqın şimalına hava hücumu edib
Okt 04, 2017 18:06 Asia/Baku
Türkiyə ordusu qırıcı təyyarələri PKK ünsürlərinin mövqelərini vurmaq məqsədilə İraqın şimalını bombalayıblar.
Türkiyə qəzetinin internet portalının məlumatına görə, Türkiyənin İraqın şimalına hava hücumunda PKK-nın silah anbarları və mövqeləri atəşə tutulub.
Qəzet PKK-nın ehtimal olunan tələfatı haqda məlumat verməyib.
2012-ci il dekabrında başlanan Türkiyə və kürdlər arasında sülh prosesi 2015-ci il iyul ayında dayandı və ondan sonra ordu və PKK bir-birlərinin mövqelərinə hücumlara başladılar.
Yayımlanan statistikalara görə, 2015-ci il iyul ayından indiyə qədər azı 600 türk hərbçi həlak olub, yeddi mindən çox PKK ünsürü öldürülüb.