Həbsdə olan müəllim azad edildi; Türkiyədə
Türkiyə məhkəməsi həbsdə olan bir müəllimin sərbəst buraxılması haqda qərar çıxardıb.
İRİB-nin verdiyi məlumata görə, Türkiyə məhkəməsi mart ayından aclıq aksiyasına başlayan Semih Özakçanın azad edilməsi barədə qərar çıxardıb.
Semih Özakça 2016-cı ilin iyulunda dövlət əleyhinə uğursuz çevriliş cəhdinin ardınca həbs edilmişdi.
Barəsində çıxarılan qərarın dünən cümə günü icra edilməli olmasına baxmayaraq, universitet müəllimi Nuriyə Gülmenin də aclıq aksiyasını nəzərə alaraq, bu qərarın icrası təxir ilə üzləşib.
Universitet müəllimi olan Nuriyə Gülmen işdən kənarlaşdırılmasına görə aclıq aksiyasına başlayıb.
15 iyul 2016-cı ildə Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdi ilə əlaqədar 140 minə yaxın insan müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.