Ərdoğan: Soçi görüşünün oxşarının davam etməsi ehtimalı var
-
Ərdoğan: Soçi görüşünün oxşarının davam etməsi ehtimalı var
Türkiyə prezidenti deyib: Suriyada toqquşmalara son qoymaq və sabitliyin bərqərar olunması məqsədi ilə Rusiyanın Soçi şəhərində son iclasın oxşarının baş tutması ehtimalı var.
İRNA-nın verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən axşam deyib: Soçi iclasında Rusiya, Türkiyə və İran Suriyada insani tragediyaya son qoyulması barədə önəmli qərarlar qəbul etdilər.
Ərdoğan deyib: Soçi müzakirələri barədə əməli tədbirlərin tezliklə həyata keçiriləcəyini və bu görüşün müsbət rezonansının daha artıq özünü göstərəcəyi və bu qərarların nəticələrinin açıq-aşkar müşahidə olunacağına ümid edirik.
İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli görüşü, ötən çərşənbə günü Rusiyanın Soçi şəhərində baş tutdu. Görüşdə məqsəd Suriyadakı durumun araşdırılması və bu ölkədəki böhrana son qoyulması üçün həll yolunun təqdim olunması idi.