İran əleyhinə sanksiya haqda ABŞ-a öhdəlik verməmişik
https://azeri.sahartv.ir/news/türkiyə-i288045-İran_əleyhinə_sanksiya_haqda_abŞ_a_öhdəlik_verməmişik
Türkiyə prezidenti: Sanksiyaların pozulması haqda biz çıxılmaz vəziyyətlə üzləşməyəcəyik. Çünki ABŞ özü İran əleyhinə sanksiyaları pozub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 12:54 Asia/Baku
  • İran əleyhinə sanksiya haqda ABŞ-a öhdəlik verməmişik
    İran əleyhinə sanksiya haqda ABŞ-a öhdəlik verməmişik

Türkiyə prezidenti: Sanksiyaların pozulması haqda biz çıxılmaz vəziyyətlə üzləşməyəcəyik. Çünki ABŞ özü İran əleyhinə sanksiyaları pozub.

Türkiyə prezidenti hakim Ədalət və İnkişaf partiyasının bir qrup nümayəndəsi ilə görüşdə deyib: ABŞ İran əleyhinə sanksiyaları pozub.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin İran əleyhinə sanksiyaları pozmadığını bəyan edərək Boinq Təyyarəqayırma şirkətinin İranla müqaviləsini İran əleyhinə sanksiyaların ABŞ tərəfindən pozulmasının nümunəsi adlandırıb.

Ərdoğan deyib: Türkiyənin İranla ticarət əlaqələri tamamilə qanunidir və biz sanksiyalar haqda ABŞ-a heç bir öhdəlik verməmişik.

O deyib: ABŞ İrana təyyarə satır. Almaniya və Fransanın da İranla geniş ticarət əlaqələri vardır.

Ərdoğanın sözlərinə görə, Türkiyə sanksiyaların pozulması haqda çıxılmaz vəziyyətlə üzləşməyəcək. Çünki ABŞ-ın özü İran əleyhinə sanksiyaları pozub.