Suriyanın şimalında yüzlərlə yaraqlı təlim edilib
Dek 10, 2017 16:22 Asia/Baku
-
Suriyanın şimalında yüzlərlə yaraqlı təlim edilib
Türkiyənin TRT kanalı Suriyanın yaraqlı YPG qrupu qarşısında suriyadan və başqa yerlərdən olan yüzlərlə silahlıya təlimat keçirməsindən xəbər verib.
İRİB-in verdiyi məlumata görə, TRT-nin internet portalı bu gün bir məlumatda bildirib ki, Suriyanın azad ordusunun zabitlərindən ibarət 250 nəfər 3 ay müddətində Suriyanın Azaz bölgəsində Türkiyə silahlı qüvvələrinin nəzarəti altında partizan təlimatları görəcəklər.
Suriyanın xəbər mənbələri də son vaxtlar İdlibin şimal sərhəddi vasitəsi ilə Türkiyə hərbçilərindən ibarət bir karvanın Suriyaya daxil olmasından xəbər vermişdilər.
Türkiyə suriya kürdlərinin bu ölkə sərhədlərindəki fəaliyyətinin Türkiyə təhlükəsizliyinə təhdid olduğunu deyir.