İstanbulda etiraz aksiyası
https://azeri.sahartv.ir/news/türkiyə-i290305-İstanbulda_etiraz_aksiyası
Dünən İstanbulda yüzlərlə adam Cümhuriyyət qəzetinin işçilərinə qarşı gedən məhkəmə prossesinə etiraz əlaməti olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2017 06:14 Asia/Baku
  • İstanbulda etiraz aksiyası
    İstanbulda etiraz aksiyası

Dünən İstanbulda yüzlərlə adam Cümhuriyyət qəzetinin işçilərinə qarşı gedən məhkəmə prossesinə etiraz əlaməti olaraq aksiya keçirib.

İRİB-in verdiyi məlumata görə, aksiya iştirakçıları üzərində " Bütün jurnalistlərə ədalət" , " siz tək deyilsiz, biz tək deyilik" və " Bütün jurnalistlərə azadlıq" şüarları yazılmış plakatlar daşıyıblar. 

Noyabrın 22-də Cümhuriyyət qəzetinin internet portalının redaktoru Oğuz Güven terrorçu qrupları reklam etmək ittihamı ilə 37 il müddətində azadlıqdan məhrum edilmişdir. 

Cümhuriyyət qəzetinin bir neçə işçisi də son aylar ərzində terrorçu əməliyyatlarda, kürd sakinli bölgələrdəki durum və ötən ilki uğursuz dövlət çevrilişi ilə əlaqədə olmaq ittihamı ilə həbs ediliblər. 

2016-cı il 15 iyuldan bəri Türkiyədə 150-dən çox jurnalist həbs edilib. Minlərlə dövlət işçisi və hərbçi də uğursuz dövlət çevrilişində əli olmaq ittihamı ilə saxlanılıb yaxud işdən qovulub. 

Türkiyədə bu sayda jurnalistin həbs edilməsi bu ölkəni dünyada jurnalistlərin ən böyük məhbəsinə çevirib.