Dek 29, 2017 18:54 Asia/Baku
  • Ərdoğan Suriyanın şimalındakı kürd qrupların məhv edilməsini vurğulayıb
    Ərdoğan Suriyanın şimalındakı kürd qrupların məhv edilməsini vurğulayıb

Türkiyə prezidenti PYD və YPG daxil olmaqla Suriyanın şimalındakı kürd qrupların məhv edilməsini vurğulayıb.

Rəcəb Tayyıb Ərdoğan müxbirlərə deyib: Türkiyə PYD və YPG kimi terror qruplarının Suriyanın şimalına hökmranlıq etmələrinə icazə verməyəcəkdir.

Ərdoğan əlavə edib: Müxtəlif tərəflərlə zəruri danışıqlar aparılıb və lazım olan zamanda bu qruplara qarşı zəruri addımlar atılacaqdır.

Türkiyə rəsmiləri bu qənaətdədirlər ki, kürd qrupları, o sıradan PYD və YPG xarici ölkələrin, eləcə də PKK-nın himayələrilə Suriyanın şimalında və Türkiyənin Suriya ilə uzun sərhədlərinin cənubunda müstəqil bir ölkə və ya məntəqə təşkil etmək niyyətindədirlər.

Teqlər