Ərdoğan ABŞ-ın Türkiyə qarşısındakı siyasətlərini tənqid atəşinə tutub
https://azeri.sahartv.ir/news/türkiyə-i291525-Ərdoğan_abŞ_ın_türkiyə_qarşısındakı_siyasətlərini_tənqid_atəşinə_tutub
Türkiyə prezidenti ABŞ-ın ölkəsi qarşısındakı siyasətlərini qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2018 14:50 Asia/Baku
  • Ərdoğan ABŞ-ın Türkiyə qarşısındakı siyasətlərini tənqid atəşinə tutub
    Ərdoğan ABŞ-ın Türkiyə qarşısındakı siyasətlərini tənqid atəşinə tutub

Türkiyə prezidenti ABŞ-ın ölkəsi qarşısındakı siyasətlərini qınayıb.

Türkiyədə çıxan Cümhuriyyət qəzetinin yazdığına görə, Rəcəb Təyyib Ərdoğan Vaşinqtonun Fətullah Gülənlə bağlı rəftarını və YPG ilə bağlı siyasətlərini tənqid edərək, deyib: Ankara və Vaşinqton münasibətlərində gərginliyə səbəb olan xeyli məsələ var.

Türkiyə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə uğursuz cəhdin arxasında Fətullah Gülənin dayandığını bildirir. ABŞ isə hazırda Pensilvaniya ştatında yaşayan Fətullah Güləni Türkiyəyə təhvil vermək istəmir.